
“Neftçi”yə iki qol vurub, Allaha təşəkkür etdi - FOTO

“Qalatasaray”ın futbolçusu Mbay Dian UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə oyun haqda danışıb.
Bakı Olimpiya Stadionundakı 3:1 hesabıyla qalib gəldikləri matçda dubla imza atan (19 və 63-cü dəqiqələrdə) seneqallı hücumçu çox xoşbəxt olduğunu söyləyib:
“Uzun müddətdən sonra öz oyunumu tapdığım üçün çox şadam. Əzmkar işin qarşılığını gec-tez alırsan. Artıq qarşıdakı matçı düşünürük. Allahım, sənə ismarıcların üçün təşəkkür edirəm”.
Qeyd edək ki, “Qalatasaray” III təsnifat mərhələsində Xorvatiyanın “Xayduk” klubu ilə qarşılaşacaq. Görüş sentyabrın 24-də olacaq. Bunadək isə “Qalatasaray” sentyabrın 20-də Super Liqanın II turunda son çempion “Başakşəhir”in qonağı olacaq.
Etiketlər
Oxşar xəbərlər

“Neftçi” “Qəbələ”ni məğlub etdi
İdman Xəbər

“Neftçi” “yoxlama”dan üzüağ çıxdı
İdman Xəbər

“Neftçi”in hücumçusu milliyə çağırıldı
İdman Xəbər

"Neftçi" daha bir legionerlə əməkdaşlığa son qoydu
İdman Xəbər

“Qarabağ”dan darmdağın, “Neftçi”dən heç-heçə
İdman Xəbər

“Neftçi” liderliyə yüksəldi
İdman Xəbər