"Polisə artıq-əksik söz deyəndə, döyməyə haqqı var" - Əməkdar artist
Əməkdar artist Çingiz Əhmədov İTV-də yayımlanan "3D" proqramında qonaq olub.
Aktyor ötən həftəsonu ciddi karantin rejimində baş verənlərdən danışıb. Polisləri müdafiə edən sənətçi bunları söyləyib:
"Hər bir ölkəni koronavirus narahat edir, eləcə də bizi. İki gün karantin rejimi oldu, insanlar eyvandan polisə zibil atdı. Camaatı gəlib evdən elə-belə çıxartmadılar ki. Gəlib, niyə sizi çıxartmırdılar, siz salamtsınız. Söhbət ondan gedir ki, hər kəs özünə hörmət etməlidir ki, ətrafa da etsin. Polislər də bizim qardaşımız, bizi müdafiə edəndir. Haqsız olanı polis niyə evdən çıxardıb döyməlidir? Nəsə problem yaşanıb ki, edib".
Ç.Əhmədov "Polis nə zaman döyəndə haqlı olur" sualına isə belə cavab verib:
"Polisə sataşandan, artıq-əskik danışandan sonra... Polis olmasın, biri mən: çıxım küçəyə biri söz desə, dalaşacam. Cavabını verəcəm... Ona görə də diqqətli olmaq lazımdır. Hər kəs özünə, sözünə, məntiqinə fikir versin".
Oxşar xəbərlər
Əməkdar artist vəfat etdi
Son Xeberler
Əməkdar artist Xumar Qədimovaya
Şou Xəbər
İnsanları tanımayan əməkdar artistin SON PAYLAŞIMI...
Şou Xəbər
Əməkdar artist vəfat etdi -
Son Xeberler
Cangüdəni ilə eşq yaşayan Azərbaycanın Əməkdar art...
Şou Xəbər
Elza Seyidcahan canlı efirə qeyri-adi imicdə çıxdı...
Şou Xəbər