
“Qarabağ Futbol Klubu”nun gəlirləri 40% artıb

“Qarabağ Futbol Klubu” MMC 2019-cu ili 1,1 milyon manat zərərlə başa vurub. Halbuki, Klub 2018-ci ildən 611 min manat xalis mənfəətlə çıxmışdı.
Ötən il Klubun əməliyyat gəlirləri 21,2 milyon manat (əvvəlki ilə nisbətən 39,6% çox), o cümlədən nümayiş hüququndan daxilolmaları 12,3 milyon manat (2,2% az), sponsorların reklam edilməsindən gəlirləri 8 milyon manat (əvvəlki il olmayıb), bilet satışından gəlirləri 495 min manat (32,6% az), sair gəlirləri isə 371 min manat (80% az) təşkil edib. Bununla yanaşı, qurum əvvəlki ildən fərqli olaraq 17 min manat maliyyə gəlirləri də əldə edib.
Hesabat dövründə Klubun xərcləri isə 22,3 milyon manat (55,1% çox), o cümlədən əməkhaqqı və mükafat xərcləri 13 milyon manat (57,05% çox), əsas vəsaitlərinin amortizasiyası üzrə xərcləri 1,7 milyon manat (3,4 dəfə çox), qeyri-maddi aktivlərinin köhnəlməsi üzrə xərcləri 1,2 milyon manat (40,25% çox), sair xərcləri isə 6,5 milyon manat (35,7% çox) təşkil edib.
Bu il yanvarın 1-nə Klubun aktivləri 39,1 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 57,75% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 55,6% artaraq 12,1 milyon manata, balans kapitalı isə 50,2% artaraq 27 milyon manata çatıb.
Xatırladaq ki, "Qarabağ Futbol Klubu" 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,6 milyon manatdır
Oxşar xəbərlər

“Qarabağ” sürgündə olan yeganə futbol klubu idi -
Son Xeberler

“Qarabağ”ın futbolçusu “Zirə”yə keçdi
İdman Xəbər

Kamran Ağayevin yeni klubu açıqlandı
İdman Xəbər

“Qarabağ”dan növbəti transfer
İdman Xəbər

“Qarabağ” klubu bəyanat yaydı
İdman Xəbər

Braziliya klubu "Qarabağ"ın tarixinə düşən futbolç...
İdman Xəbər