16.06.2020 13:32
0
abunə
367
Ronaldo haqda yeni iddia - 120 milyon avro

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo haqda yeni iddia yayılıb.


"Don Balon" nəşri "Çelsi"nin portuqaliyalı hücumçu ilə maraqlandığını yazıb. Bildirilib ki, London təmsilçisi 35 yaşlı oyunçu üçün 120 milyon avro ödəməyə hazırdır.

Xəbərdə "Çelsi"nin sahibi Roman Abramoviçin Ronaldonun agenti Jorje Mendeşlə arasındakı münasibətlərin yaxşı olduğu və bunun transferi asanlaşdıra biləcəyi vurğulanıb.


Qeyd edək ki, bundan əvvəl Ronaldonun baş məşqçisi Maurisio Sarri ilə yola getmədiyi və Turin təmsilçisini tərk edə xəbərləri yayılıb. Onun "Mançester Yunayted"ə qayıda biləcəyi iddia olunmuşdu.


Daxil olun


x
This website is using cookies. More info. That's Fine