Xəstəxanadan çıxan Çingizi qızı görmək istəmədi - Evsiz qalıb - VİDEO
Mərhum Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz xəstəxanadan buraxılıb.
Spirtli içki aludəçisi olan Çingiz "Elgizlə izlə" proqramına gəlib. Aparıcı Elgiz Əkbər bildirib ki, onun qalmağa evi yoxdur:
"Mənim elə imkanım yoxdur ki, Çingizə ev tutum, onu saxlayım. Bir-iki gün qalmaq üçün yer taparam, amma nə qədər? Qocalar evi də onu qəbul etmir, çünki dosyesi onlara gedib və yaxşı olmadığını görüblər. Kimə deyirik, qəbul etmir".
Çingiz 5 yaşında tərk etdiyi qızını görmək istəyib və proqram heyəti onunla əlaqə saxlamağa çalışıb. Adını açıqlamaq istəməyən və ailənin yaxını olduğunu deyən xanım canlı yayıma zəng edib. O bildirib ki, qızı onunla görüşmək istəmir:
"Çox sağ olun ki, onun qayğısını çəkirsiz. Çingizin ayrıldığı həyat yoldaşı ikinci dəfə ailə qurub. Həmin adam da onun övladına adını və soyadını verib. İndi o qız 5 yaşında deyil. Onun 30-dan çox yaşı var və ailəlidir. Bu yaşda onu narahat etmək düzgün deyil, onun ətrafı var. Çingiz efirlərə çıxır, hamı görür, qızın da ondan xəbəri var, istəsə, əlaqə qurardı. Onları bu barədə axtarmayın".
Oxşar xəbərlər
Tanınmış baş həkimin qızı Türkiyədə vəfat etdi
Son Xeberler
Bakıda 17 yaşlı qız xəstəxanadan qaçdı:
Son Xeberler
Xəstəxanada olan Tofiq Yaqublu qızı ilə görüşdü -
Son Xeberler
Həkimlər Bəhram Bağırzadəni xəstəxanadan belə yola...
Son Xeberler
Şəhid gizir Yaşar Babayevin yeni doğulan qızı evə...
Son Xeberler
Rəşid Mahmudovun xəstəxanadan fotosu yayıldı -
Son Xeberler