
Lənkəranda baş verən kütləvi davada

Lənkəranda baş verən kütləvi davada 5 nəfər xəsarət alıb.
Melumat.tv-in verdiyi məlumata görə, gənclər arasında yaranan kütləvi dava təsadüfən baş verib. İlkin məlumata əsasən, mübahisəyə səbəb tərəflərdən birinin axşam saatlarında kənd yolunda avtomobili yüksək sürətlə idarə etməsi olub. Qarşı tərəfin avtomobili saxlatdırıb irad bildirməsi ilə yaranan münaqişə zamanı gənclərdən biri aldığı zərbənin təsirindən yıxılaraq yol kənarında olan dəmir məhəccərin üstünə düşüb. O, döş qəfəsi nahiyəsindən kəsici-deşici xəsarət alıb.
Kütləvi dava nəticəsində ümumilikdə 5 nəfər xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, hadisə ötən gecə Lənkəran rayonunun Ürgə kəndi ərazisində qeydə alınmışdı.
Oxşar xəbərlər

Moskvadakı davaya görə 4 azərbaycanlı həbs edildi
Son Xeberler

Azərbaycanlılarla ermənilər arasında dava -
Son Xeberler

Lənkəranda iki avtomobil toqquşdu, xəsarət alan va...
Son Xeberler

Lənkəranda yaşayan gənclər üçün Ödənişsiz mühasiba...
Edumap.az Təhsil Portalı

Lənkəranda yürüşlə bağlı saxta məlumat yayanlar sa...
Son Xeberler

DİN-dən Yeni il bayramı ilə bağlı
Son Xeberler