Lənkəranda iki avtomobil toqquşdu, xəsarət alan var

20.02.2021 08:12 472 baxış sayı 2 dəq. oxuma
Lənkəranda iki avtomobil toqquşdu, xəsarət alan var
Lənkəranda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə Lənkəran şəhərində qeydə alınıb.
 
İki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Baxışzadə Elsevər Şahin oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə əvvəlcə Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Lakin sonra Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona sol bud sümüklərinin yerdəyişən sınıqları diaqnozu qoyulub.
 
Faktla bağlı araşdırma aparılır.
O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: