01.01.1970 04:00
4
abunə
700
Ermənilər Los Angelesdə uydurma erməni soyqırımını Koronavirusa görə necə qeyd etdilər?!

Erməni diasporası xarici ölkələrdə çox güclüdür. Bu heçkimə sirr deyil.

Hamımız yəqin düşünə bilərdik ki, koronavirus var deyə, 24 Apreldə uydurma soyqırımı qeyd edə bilməyəcəklər. Amma sözsüz ki, bu sadəlövhlik olardı.

Ermənilər yenə vəziyyəti öz tərəflərinə istifadə etdilər.


Normal şərtlər daxilində, Türkiyə konsulluğu ətrafında minlərlə insan toplaşır, sonra Hollywooda doğru yürüyüş edirlər, şəhərin hər yerində erməni bayraqlı maşınları görmək olur və s.

Bəs indi, qadağa var, bir yerə toplaşa bilmirlər.


Bugün bir xəbər kanalından bildiriş aldım, ermənilərin "kreativ" ildönümləri ilə bağlı.

Uydurma iddialarına görə 1915-ci ildə 1.5 milyon erməni uydurma soyqırıma uğrayıb.

Bunu əsas gətirərək, ABŞ-da yaşayan ermənilərdən maddi dəstək toplayaraq 1.5 milyon ac Amerikalıya yardım etdilər və hər yardım etdikləri Amerikalıya erməni soyqırımı barədə məlumat verdilər.


Bu "kreativ" ideyadan başqa, maraqlısı odur ki, yardımlar üçün kampaniyaya Martın 17-də başlanılıb və cəmi 3 gün ərzində kampaniya hədəfinə çatıb. Cəmi 3 gün!!!


Bizlər bir olmadıqca, ermənilər hələ çox kreativliklər edəcək və təəssüf ki, birgün ABŞ da uydurma soyqırımı tanıya biləcək. Hazırda 50 ştatdan 49-u tanıyıb.


Birgün biz Azərbaycanlıların birliyi haqqında xəbər yazmaq ümidi ilə,

M.Rashad


Daxil olun


x
This website is using cookies. More info. That's Fine