Ilk mobil telefon
İlk mobil telefonu ixtira edən Martin Kuper.
Kuper bildirirdi ki, mobil telefonun ölçüsünü o qədər azaltmaq lazımdır ki, insanlar onu asanlıqla əldə daşıya bilsinlər. Lakin XX əsrin 70-ci illərinin başlanğıcına qədər heç kəs buna nail olmadı.
Kuper ilk mobil telefonun işlənib hazırlanması ilə məşğul olan Motorola şirkətinin aidiyyəti bölməsinin aparıcı mühəndisi olmuşdur. 1973-cü ilin aprel ayında ilk simsiz zəng həyata keçirən Martin Kuperin birinci mobil telefonun çəkisi 1 kiloqram olub, akkumulyatoru isə cəmi 20 dəqiqə danışıq üçün kifayət edib[1].
1973-cü il, 3 aprel tarixində “Motorola”nın rəqibi Bell Laboratories şirkətinin konstruktor bölməsində telefon zəngi eşidildi. “Tap, mən hardan zəng edirəm?" — dəstəkdə Martinin səsini tədqiqat bölməsinin başçısı Coel Enqel eşitdi.— “Mən sənə əsl mobil telefondan zəng edirəm”.
Bu mobil telefondan edilmiş birinci zəng idi və o, faktiki olaraq, telekommunikasiya sahəsində yeni dövrün başlanğıcı oldu. Mobil telefonun birinci modelinin hazırlanmasına şirkət 90 milyon dollar sərf etdi. Sonralar Bell Laboratories sistem hazırlamaları bölməsinin başçısı olmuş Riçard Frenkel Dyna-Tac (Dynamic Adaptive Total Area Coverage) haqqında deyib: “Bu əsl triumf idi. O vaxta qədər biz maşınlarda 14 kiloqramlıq telefonlardan istifadə edirdik. Onların hamısını 1 kq yerləşdirmək qabiliyyəti böyük sıçrayış idi”.
Mənbə: Wikipedia
Etiketlər
Oxşar xəbərlər
Fırıldaqçılar ölüdən 1.2 milyon oğurladılar
Xəbər Anı
Mobil telefonun partlama anı -
Son Xeberler
Qazla bağlı ƏHALİNİN NƏZƏRİNƏ:
Son Xeberler
Azərbaycanda koronavirusun yayılmasını azaldacaq
Son Xeberler
35 gün əsirlikdə qalan Mobil:
Son Xeberler
Android 16 ilə Telefonunuz Linuxa Çevrilir!
Texnologiya xəbərləri