
Qubada narkotik vasitə qəbul edən sürücü postda həbs edildi

Qubada narkotik vasitə qəbul edən sürücü postda həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 23-də saat 21 radələrində “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar Quba rayonunun Barlı kəndinin ərazisində quraşdırılan postda Xaçmaz rayon sakini K.Bəkdəmirovun idarə etdiyi “VAZ-21074” markalı avtomobil orada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb.
Yoxlama zamanı sürücünün narkotik maddənin təsiri altında olması müəyyən edilib. Bu zaman avtomobildəki sərnişin düşərək əlindəki qutunu yolun kənarına ataraq qaçıb.
Polis əməkdaşları qutudan narkotik vasitə olan marixuana aşkar edərək götürüb.
K.Bəkdəmirovun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) protokol tərtib edilib və o, 20 gün müddətinə inzibati qaydada həbs olunub.
Digər şəxsin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir.
Etiketlər
Oxşar xəbərlər

Karantin postunda bıçaq və narkotiklə saxlanıldı
Son Xeberler

Bakıda narkotik istifadəçisi həbs edildi
Son Xeberler

“Instagram”da narkotiki təbliğ edən şəxs həbs olun...
Son Xeberler

Daha bir tiktoker həbs edildi
Xəbər Anı

DTX-dən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR -
Son Xeberler

8 milyon manatlıq narkotik əməliyyatı
Son Xeberler