102 İl Öncə Çəkilmiş Xəritə Yaxın Şərqi Sarsıdır
Suriyada hökumət əleyhinə mübarizə aparan silahlı qrupların Hələb və İdlibdən sonra Tel Rıfatı da ələ keçirməsi ilə bağlı xəbərlər yayılıb. Hama şəhərinin 16 rayonunda da nəzarəti ələ keçirən üsyankarların irəliləməsi davam edərkən, ortaya çıxan bir xəritə böyük səs-küyə səbəb olub.
1922-ci ildə fransızlar tərəfindən hazırlanmış Suriyə xəritəsi internetdə yayılmağa başlayıb. Xəritədə ölkənin vilayətlərə bölünməsi diqqəti cəlb edib.
Xəritəni paylaşan bir çox istifadəçi "Suriyanı vilayətlərə və ya federasiyalara bölmək istəyirlərmi?" və "Fransızlar 102 illik arzusunu gerçəkləşdirmək istəyirlərmi?" kimi suallar verir.
Bu hadisə, ölkədəki gərginliyi daha da artıraraq, Yaxın Şərqdə yeni bir qarışıqlığın başlanmasına səbəb ola bilər. Tarixi bir sənədin yenidən gündəmə gəlməsi, regionda siyasi gələcək haqqında müzakirələrə yeni bir boyut qatır.
Oxşar xəbərlər
İnsanabənzər robot Ai-Da tərəfindən çəkilmiş şəkil...
Texnologiya xəbərləri
Daşkəsəndə əməliyyat: Vəzifəli şəxs saxlanıldı
Son Xeberler
“Rus sülhməramlıların belə bir xəritə hazırlamaq s...
Son Xeberler
Vərəmə yoluxma halları rekord həddə çatdı
Tibbi məlumatlar
Bu ərazilərdə qaz kəsiləcək
Xəbər Anı
Tel Rıfat Azad edildi, Mehter Marşıyla Qələbə
Son Xeberler