🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

11 sentyabr hadisələrindən 19 il ötür

11.09.2020 06:35 421 baxış sayı 6 dəq. oxuma
11 sentyabr hadisələrindən 19 il ötür

Bu gün 11 sentyabr hadisələrindən 19 il ötür.

11 sentyabr hadisələri dedikdə Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktlarından söhbət gedir.

Həmin gün yerli vaxtla saat 08:46-da “American Airlines” (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Həmin qüllələr təyyarə hücumuna qarşı durmaq üçün kifayət qədər möhkəm tikilmişdi. Lakin həmin qüllələrin içərisində naməlum şəxslərin yerləşdirdiyi güclü partlayıcı qurğuların partladılması nəticəsində hər iki qüllə dağıdıldı. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.

Bu hücumun əsas məqsədi sadəcə binalar, hətta bina və təyyarələrdəki minlərlə günahsız qurbandan daha böyük bir şey idi. Ən yaxın fiziki hədəflər Pentaqonun bir hissəsi, aşağı Manhetten və 4 təyyarə idi. Dünya Ticarət Mərkəzi bir zamanlar dünyanın ən hündür binası sayılan məşhur Əkiz Qüllələrin də daxil olduğu aşağı Manhettendə yerləşən 7 binadan ibarətdir. Müstəqil blokda yerləşən Bina 7 də daxil olmaqla 7 binadan ibarət kompleksə 2001-ci il sentyabrın 11-də çox ağır zərbə vuruldu. Dünyanın ən böyük ofis binası sayılan Pentaqon Amerika Birləşmiş Ştatlarının ürəyi hesab edilir. 11 sentyabr hücumlarında binanın 10 hissəsindən biri zərər gördü. Pentaqonda yerləşən Dünya Ticarət Mərkəzi dünyada iki ən yaxşı müdafiə olunan binadan biri hesab edilirdi. Geriyə qalan mənzərə isə misli görülməmiş bir dəhşətdir. 11 nömrəli sərnişin təyyarəsinin Şimal qülləsinin 95-ci mərtəbəsi ilə toqquşması nəticəsində yaranan qəza 92-ci mərtəbədən yuxarıda olan insanlara zərər verdi. Qəza bölgəsi olan mərtəbələr tüstü ilə dolduqca insanlar tullanmağa başladılar. Təmiz havada 10 saniyə yaşamaq zəhərli tüstünü ciyərlərə çəkərək ağır və dözülməz ölümdən əziyyət çəkməkdən daha yaxşı idi. Çoxlu sayda insan ilk öncə Cənub qülləsinin partlayışına şahidlik etdi. Onlar Dünya Ticarət Mərkəzinin tamamilə dağılacağı haqda heç bir fikri olmayan, binanın ətrafına yığışan çoxlu sayda yanğınsöndürən və tibb işçilərindən ibarət fövqəladə hallar zamanı yardıma gələn insanlar idilər. Cənub Qülləsinin şəkil və videoları Şimal qülləsinin dağılması haqqında ətraflı sübutlar verir. Hər iki qüllə qəza bölgəsində yaranan partlayış nəticəsində aşağıya doğru parçalandı və yerə çatmamışdan əvvəl çox böyük toz və çöküntüyə çevrildi. Bu hadisələr 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələndi.

Qeyd olunur ki, Federal Təhqiqat Bürosu 3 gün içində təyyarə oğrularının siyahısını tərtib etdi. Üsamə bin Laden bu əməliyyatı Əfqanistanda bir mağarada planlamışdı. Talibana qarşı cavab hücumu tezliklə baş verdi. Federal Təhqiqat Bürosu Amerika tarixində ilk dəfə PENTTBOM əməliyyatı adlanan böyük araşdırma başlatdı. Şübhəlilər 72 saat içində müəyyənləşdirildi, çünki onların bir neçəsi uçuş biletlərində və kredit kartı qeydlərində adlarını dəyişdirməyə təşəbbüs etmişdilər. Onlar təyyarədə Amerika vətəndaşı olmayan sərnişinlər arasında demək olar ki, yeganə ərəb sərnişinlər idilər və bu da Federal Təhqiqat Bürosuna doğum tarixi, viza statusu, yaşayış yeri kimi məlumatlardan istifadə edərək şübhəli sərnişinlərin kimliyini müəyyənləşdirməyə imkan verdi. 2001-ci il sentyabrın 27-də Federal Təhqiqat Bürosu 19 təyyarə oğrusunun milliyyəti və uydurma adları haqqında məlumatları və şəkillərini yayımladı. Şübhəli təyyarə oğruları Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Liviya və Misirdən idilər…

Paylaş: