
11 yaşlı azərbaycanlı qızı nişanladılar - VİDEO

Gürcüstanda 11 yaşlı qız üçün nişan mərasimi keçirilib.
Nişan mərasimi Gürcüstanın azərbaycanlılar yaşayan Poniçala (Soğanlıq) adlanan ərazisində baş tutub.
Bir ailənin azyaşlı övladına nişan mərasimi təşkil etdiyi anın görüntüləri sosial şəbəkədə yayılıb.
1 həftə öncə çəkildiyi deyilən görüntülər insanların narazılığına səbəb olub. Nişan mərasimində 11 yaşlı qızın ailəsi və qohumları da iştirak edib.
Məsələ ilə bağlı azyaşlı qızın yaxın qohumu açıqlama verib.
O, qeyd edib ki, sosial şəbəkələrdə qızın yaşı ilə bağlı yazılan məlumat həqiqəti əks etdirmir:
"Qızın 11 yox 14 yaşı var. Qız 9-cu sinifdə oxuyur. Belə tez nişanlanmaq bizdə adətdir. Qızları azyaşlı vaxtında nişanlayırlar ki, başqasına verməsinlər. Nişanlanan oğlan qızın qohumudur və onun 19 yaşı var. Onlar 3 il nişanlı qalacaqlar. Sonra gənclərin toy mərasiminin keçirilməsi nəzərdə tutulur. Sosial şəbəkə istifadəçilərindən xahiş edirəm ki, bizi qınamasınlar".
Oxşar xəbərlər

Azərbaycanlı kişi Türkiyədə 18 yaşlı qızı öldürdü
Son Xeberler

44 yaşlı model üçüncü dəfə ana olacaq
Xəbər Anı

Salyanda 9 yaşlı qızı maşın vurdu
Son Xeberler

Tanınmış baş həkimin qızı Türkiyədə vəfat etdi
Son Xeberler

Polis 15 yaşlı qızı zorladı, şəkillərini çəkib pay...
Son Xeberler

Xalq artistinin qızı vəfat etdi -
Son Xeberler