🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

190 manat iyul ayında veriləcək? - NAZİRLİKDƏN AÇIQLAMA

29.06.2020 13:19 650 baxış sayı 2 dəq. oxuma
190 manat iyul ayında veriləcək? -

Aprel-iyun aylarında 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi həyata keçirilib.

İnsanları daha çox növbəti ay üçün də 190 manat məbləğində birdəfəlik ödəmələrin verilib-verilməyəcəyi maraqlandırır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Qazet.az-a açıqlama verib.

Onun sözlərinə görə, 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi hələ gündəmdə deyil.

Xatırladaq ki, iyun ayı üçün ödəniş xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar (Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları) üzrə aprel-may aylarında 190 manat ödəniş almış şəxslərə şamil olunur.

Paylaş: