Son Xeberler
9 abunə
2 ay komada qalan qazimizdən xəbər var - VİDEO
01.03.2021 05:48
596 baxış sayı
3 dəq. oxuma
44 günlük vətən müharibəsində Murovdağ istiqamətində ağır xəsarət alaraq 2 ay komada qalan qazimizdən xəbər var. Qazimiz bu yaxınlarda Türkiyəyə müalicəsini davam etdirmək üçün yola salınacaq. Qazimizin yaşadığı Sumqayıt şəhərində evində ziyarət olunub..
İkinci Qarabağ müharibəsində gözünü qırpmadan düşmənə ağır zərbələr vurub. 8 nəfərlə Murovdağ istiqamətində ermənilərə qarşı ağır döyüşlərdə fəal iştirak edib.
Həmin vaxt yoldaşlarından 4 nəfəri şəhid olub. Yanlarına düşən minamyot 22 yaşlı topçu Cahangir Əliyevi ağır yaralayıb.
Bakıda Mərkəzi Hərbi Klinik Hospitalda yerləşdirilib və 2 ay komada qalıb. Aldığı zərbə nəticəsində sol tərəfdən kəllə sümüyü sınıb, barmaqları qopub.
Qazimizin evində hazırda hospitalda müalicəsini davam etdirən Cahangir Əliyevlə videobağlatı yaradılıb.
Qazimizin atası deyir ki, oğlu sentyabrın 27-də hər kəs kimi döyüşə yollanıb. Bir neçə gün Cahangirdən xəbər ala bilmədikdə onlara övladlarının şəhid olduğu xəbəri verilib. Ancaq sonradan ağır yaralandığı məlum olub.
Qeyd edək ki, 22 yaşlı qazi Cahangir Əliyev bu yaxınlarda "Yaşat" fondunun dəstəyi ilə Türkiyədə müalicəsinin davam etdirilməsi üçün yola salınacaq. (xezerxeber.az)
Oxşar xəbərlər
45 gün komada qalan Vətən müharibəsi qazisi şəhid...
Son Xeberler
576
26/12 14:21
128 gündür komada olan Tacəddin vəfat etdi -
Son Xeberler
370
12/02 18:52
Daha bir qazimizin XOŞ XƏBƏRİ gəldi - VİDEO
Son Xeberler
571
16/01 18:40
Bakıda boğazında noxud qalan azyaşlı öldü
Xəbər Anı
54
14/11 11:33
Şad XƏBƏR: Əsgərimiz 125 gün sonra KOMADAN AYILDI...
Son Xeberler
12,002
10/02 08:56
Koronavirusa yoluxan azərbaycanlı müğənni vəfat et...
Son Xeberler
630
09/09 08:47