22 gündə 11 ədəd “Elbrus” raketi götürülüb - ANAMA
“Bu günə kimi Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən 600-dən çox çağırış daxil olub. Nəticədə 92 ədəd partlamamış hərbi sursat (PHS), 200-dən çox partlamış mərmi və raket hissələri aşkar olunub”.
Bu barədə ANAMA-nın tərkibində yaradılmış Operativ Qərargahın rəisi İdris İsmayılov bildirib.
O, qeyd edib ki, hazırda Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Tərtər, Beyləqan, Goranboy rayonları və Gəncə şəhərində axtarış işləri davam etdirilir.
İ. İsmayılovun sözlərinə görə, ermənilər məlum silahlardan əlavə, qadağan olunmuş silah-sursatdan da istifadə edirlər: “Oktyabrın 4-dən 5-nə keçən gecə Goranboy, Ağcabədi və Yevlax ərazisinə kaset mərmiləri atılıb. Həmçinin Füzuli rayonu ərazisində tərkibində ağ fosfor olan 122 mm-lik top mərmisi aşkar edilərək götürülüb. Ümumilikdə 11 ədəd “Elbrus” tipli raket aşkar edilib”.
Oxşar xəbərlər
Ermənilər Gəncəni “SCUD” ballistik raketi ilə vuru...
Son Xeberler
Düşmənin bu texnikaları da sıradan çıxarıldı -
Son Xeberler
Qadağan olunmuş sursatlar və “TOÇKA-U” aşkarlandı
Son Xeberler
Düşmənin bu texnikaları məhv edildi
Son Xeberler
Düşmənin bu texnikaları da sıradan çıxarıldı -
Son Xeberler
Düşmənin dünən məhv edilən döyüş texnikaları
Son Xeberler