“30 ilə yaxın dövrdə törədilən vandalizm ayrıca hesablanacaq”
“Ermənilərin 30 ilə yaxın dövrdə törətdiyi vandalizm ayrıca hesablanacaq. Əvvəllər də bu faktları qaldıranda fundamental əsasda çətinlik çəkirdik. İndi isə azad olduğu üçün bu obyektlərə dəyən ziyanı qiymətləndirə biləcəyik".
Bunu Ermənistanın Azərbaycan ərazisinə vurduğu ziyanın qiymətləndirilməsi ilə bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib:
“Bir sıra vətəndaşlarımız öz yaşayış yerlərini itirib. Dövlət dərhal bu prosesə diqqət göstərib. Dövlət başçısının sərəncamından irəli gələrək ermənilərin vurduğu ziyan qiymətləndirərkən özəl sektorlar da cəlb ediləcək. Müstəqil beynəlxalq təşkilatlar da cəlb olunacaq. Bu hallar qiymətləndirildikdən sonra vətəndaşlarımızın lazım olan halda evlərinin təmir olunması həyata keçiriləcək”.
Oxşar xəbərlər
Azərbaycan XİN bəyanat yaydı
Son Xeberler
Ermənilər Gəncəni “SCUD” ballistik raketi ilə vuru...
Son Xeberler
Yeni təhsil formasında müəllimlərin maaşı necə hes...
Son Xeberler
“Beynəlxalq birliyi bu vəhşiliyi qınamağa çağırırı...
Son Xeberler
Baydenin lider olduğu ştatda səslər yenidən hesabl...
Son Xeberler
Messi "Barselona" ilə müqaviləsini uzadacaq
İdman Xəbər