
480 min əhalisi olan Yaşıl Burun tarixində ilk dəfə Dünya Kubokunda

2026-cı il Dünya Kuboku Seçmə Mərhələsinin D Qrupunun 10-cu tur matçında Yaşıl Burun və Esvatini üz-üzə gəldi. Estadio Nacional de Kabo Verde Stadionunda keçirilən oyunda Yaşıl Burun rəqibini 3:0 hesabı ilə məğlub edərək vacib qələbə qazandı.
3 XAL 3 QOLLA GƏLDİ
Yaşıl Burun yığmasına qələbəni gətirən qolları 49-cu dəqiqədə Dailon Livramento, 55-ci dəqiqədə Uilli Semedo və 90+2-ci dəqiqədə Tavares vurdu.
DÜNYA KUBOKUNA VƏSİQƏ ALDILAR
Təxminən 480 min əhalisi olan kiçik Afrika ölkəsi Yaşıl Burun adaları bu nəticə ilə xallarını 23-ə çatdıraraq tarixində ilk dəfə Dünya Kubokuna vəsiqə qazandı. Yaşıl Burun, 2018-ci ildə turnirə qatılan İslandiyadan sonra Dünya Kubokuna vəsiqə qazanan əhalisinə görə ikinci ən kiçik ölkə oldu.
Oxşar xəbərlər

Bu klub 4000 manat cərimələndi
Bugun.az

Azərbaycan gimnastları Dünya Kubokunu 3 medalla ba...
Bugun.az

Qadın voleybolçular arasında Azərbaycan Kubokunun...
Bugun.az

Azərbaycan gimnastı Dünya Kubokunun qalibi oldu
Bugun.az

Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal q...
Bugun.az

Basketbol yığmamız Dünya Kubokunda sonuncu matçına...
Bugun.az