Son Xeberler
9 abunə
5 il qabaq itən daha iki neftçinin meyiti tapıldı - RƏSMİ
24.06.2020 08:31
471 baxış sayı
2 dəq. oxuma
Xəzər dənizində daha iki neftçinin meyiti tapılıb.
SOCAR-dan verilən məlumata görə, ötən ay Xəzər dənizinin dərinsulu hissəsində boru xəttinin monitorinqi aparılarkən 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş iki əməkdaşın cəsədləri 190 metr dərinlikdə tapıldıqdan sonra iyun ayında da həmin ərazidə təftiş və axtarış işləri davam etdirilib, 149 metr dərinlikdə daha iki insan cəsədi aşkarlanıb.
Meyitlər müvafiq qaydada çıxarıldıqdan sonra dövlət orqanlarına təhvil verilib.
Analizlər nəticəsində müəyyən edilib ki, tapılan cəsədlərdən biri 2015-ci ildə baş vermiş həmin qəza zamanı itkin düşmüş, 4-cü dərəcəli neft-qazçıxarma operatoru 1971-cü il təvəllüdlü Rəsulov Elşad Baloğlan oğluna məxsusdur. Cəsəd bu gün ailə üzvlərinə təhvil veiləcək. Mərhum neftçinin ailəsinə başsağlığı verir və Allahdan rəhmət diləyirik.
Digər cəsədin qalıqlarının analizləri davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Daha 22 erməni hərbçinin meyiti tapıldı
Son Xeberler
434
20/12 14:40
Cəbrayılda 20 erməni hərbçinin meyiti tapıldı
Son Xeberler
644
11/12 19:21
Daha 2 erməni hərbçinin meyiti tapıldı
Son Xeberler
444
16/01 16:31
Azərbaycanda qəbiristanlıqda yeni doğulmuş körpə m...
Son Xeberler
427
30/01 10:43
Xəzərdə batan neftçinin meyiti tapılıdı
Son Xeberler
480
10/08 18:19
Daha 9 erməni hərbçinin meyiti tapıldı
Son Xeberler
409
22/12 07:34