
ABŞ-da azalacağı gözlənilən neft ehtiyatları rekord həddə artıb

ABŞ-da neftin kommersiya ehtiyatları ötən həftə 5,72 milyon barel artaraq 5 iyun tarixində 538,07 milyon barelə çatıb.
Bu barədə ABŞ-ın Energetika Nazirliyi məlumat yayıb.
“Bloomberg” xəbər verir ki, ekspertlər ehtiyatların 1,85 milyon barel azalacağını gözləyirmişlər.
ABŞ Enerji Məlumatları Administrasiyasına (EİA) görə, eyni müddət ərzində ölkədə neft hasilatı 100 min barel azalıb. Mart ayının ortalarından mayın 30-dək hasilatın həcmi 2 milyon barel azalaraq 11,1 milyon barelədək geriləmişdi. O cümlədən 28 mart – 3 aprel müddətində hasilatın həcmi 600 min barel azalmışdı ki, bu da 2019-cu ilin iyul ayından sonrakı dövrdə ən kəskin azalmadır.
Bundan əvvəl EİA ABŞ-da neft hasilatına dair 2020-ci il üçün proqnozunu 1,11 faiz azaldaraq 11,56 milyon barelədək, 2021-ci il üçün isə 10,84 milyon barelədək endirmişdi.
Oxşar xəbərlər

Elon Musk-ın X (Twitter) izləyici sayı rekord hədd...
Tesla Azerbaijan Community

Britaniyada rekord göstərici
Son Xeberler

Türkiyədə yoluxma sayı artır
Son Xeberler

Gürcüstanda yoluxma rekord həddə artır
Son Xeberler

Elon Maskın sərvəti rekord həddə çatdı
Son Xeberler

Neft-qaz sektorunda artım olub
Bugun.az