ABŞ-ın Azərbaycan və Ermənistandakı səfirliklərindən birgə Bəyanat yaydı
ABŞ səfirlikləri Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun qarşısında iyulun 21-də keçirilmiş etiraz aksiyası ilə bağlı birgə bəyanat yayıblar.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
"ABŞ-ın Bakıdakı və İrəvandakı səfirliklıri dinc toplaşma və etiraz bildirməyin ümumbəşəri prinsiplərinə zidd olan zorakılıq hərəkətlərini pisləyir. ABŞ diplomatik obyektləri qorumaq öhdəliyini ciddi qəbul edir və bu səyləri dəstəkləmək üçün yerli hüquq-mühafizə orqanları ilə birlikdə çalışır. Söz və dinc toplaşmaq azadlığı ABŞ Konstitusiyası ilə qorunur, lakin hüquq-mühafizə orqanları zorakılıq aktları barədə müvafiq tədbir görəcək. Bütün nümayişçiləri dinc iştiraka və təmkinli olmağa çağırırıq", - bəyanatda vurğulanıb.
Oxşar xəbərlər
Putinlə Koçaryan Ermənistandakı vəziyyəti müzakirə...
Son Xeberler
ATƏT sədrindən Ermənistandakı vəziyyətlə bağlı -
Son Xeberler
Xəzərdə Azərbaycan və İran Dənizçiləri Birgə Təlim...
Bugun.az
Lavrov Ermənistandakı etiraz aksiyalarına münasibə...
Son Xeberler
XİN atəşkəsə nəzarətlə bağlı məlumat yaydı
Son Xeberler
Rusiya, Azərbaycan və Ermənistan liderləri birgə b...
Son Xeberler