ABŞ ordusu Əfqanıstan və İraqdan geri çəkilir

17.11.2020 07:36 726 baxış sayı 1 dəq. oxuma
ABŞ ordusu Əfqanıstan və İraqdan geri çəkilir

ABŞ Prezidenti Donald Trampın Əfqanıstan və İraqdan ordunun çəkilməsi barədə təlimatlarının Pentaqona çatdırıldığı və mövzu barədə planların qurulduğu açıqlanıb.

Prosesin detalları barədə mətbuata açıqlama verilməyib.

Amerikanın CNN kanalı isə Trampın Əfqanıstan və İraqdakı əsgərlərin sayını (2500-ə qədər) azaldacağını, bu prosesin 15 yanvaradək reallaşacağını xəbər edib.

Qeyd edək ki, ABŞ-ın Əfqanıstanda 4 500, İraqda isə 3 min əsgəri var.

K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: