Son Xeberler
Son Xeberler

24.10.2020 22:50

6 abunə

403

ABŞ səfirliyi ölkəmizdəki vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ səfirliyi ölkəmizdəki vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ-ın Bakıdakı səfirliyi ölkəmizdə olan vətəndaşlarına xəbərdarlıq edib.

Səfirliyin rəsmi saytı xəbər verir ki, ABŞ vətəndaşlarına amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmaları tövsiyə olunur.

Xəbərdarlıqda qeyd edilib:

- Ehtiyatlı və sayıq olun.

- Kütlənin çox olduğu yerlərdən yayının.

- Öz profilinizi büruzə verməyin.

- Ətrafınızdan xəbərdar olun.

- Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun.

- Yerli mediayanı diqqətdə saxlayın.

Diqqətə çatdırılıb ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.