ABŞ Ukraynaya hərbi yardım ayırır
ABŞ hökuməti 2020-ci maliyyə ilində Ukraynaya 250 milyon dollar məbləğində hərbi yardım ayırıb.
Bu barədə ABŞ-ın Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, həmin vəsait Ukraynaya Təhlükəsizlik Yardımı Təşəbbüsü (USAİ) çərçivəsində ölkənin özünü Rusiya təcavüzünə qarşı daha səmərəli qorumaq imkanlarını gücləndirmək üçün təlim, ləvazimat, məşvərət tədbirləri üçün sərf olunacaq.
Bu yardımın Birləşmiş Ştatlarla Rusiya ilə strateji qarşıdurmanın ön xəttində kritik tərəfdaş ölkə olan Ukrayna arasındakı uzunmüddətli müdafiə əlaqələrinə töhfə olduğu bildirilir. ABŞ Ukraynanın suvernliyi və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsindəki ərazi bütövlüyünü dəstəkləməkdə bundan sonra da davam edəcəyini bəyan edir.
Oxşar xəbərlər
Şimali Koreya Ukraynaya Qoşun Göndərə Bilər
Bugun.az
Savaş meydanı böyüyür
Xəbər Anı
Putin: "Biz sülh istəyirik, amma..."
Xəbər Anı
Pxenyanın Rusiyaya əsgər göndərməsinə Seuldan sərt...
Bugun.az
Cənubi Koreya da Müharibəyə Qoşulur?
KIBRIT MEDIA
Rusiya İlyas Yaqubovu Ukraynaya döyüşə göndərdi
Xəbər Anı