
Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlandı - FOTO

Abşeron rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən restoran aşkar olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Ceyranbatan qəsəbəsində keçirilən tədbir zamanı Rövşən Rufullayevin işlətdiyi “Xançinar” restoranında müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi və daha 11 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib. Restoranın sahibi 3 000 manat, digər şəxslərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər.
Etiketlər
Oxşar xəbərlər

Bakıda gizli fəaliyyət göstərən masaj salonu aşkar...
Son Xeberler

Abşeronda karantin qaydalarını pozan çay evi aşkar...
Son Xeberler

Gizli fəaliyyət göstərən repetitor kursu aşkarlanı...
Son Xeberler

Bakı, Sumqayıt və Abşeronda məktəbəqədər təhsil bu...
Son Xeberler

Bu dönərxana və kafe gizli işləyirmiş
Son Xeberler

Bu müəllimlər məcburi şəkildə vaksinasiya olunacaq...
Son Xeberler