🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Abşeronda sudan qanunsuz istifadə edənlərə qarşı reyd keçirildi - VİDEO

19.08.2020 19:53 385 baxış sayı 4 dəq. oxuma
Abşeronda sudan qanunsuz istifadə edənlərə qarşı reyd keçirildi -

Abşeron rayonu Masazır qəsəbəsində gecə saatlarında keçirilən reyd zamanı yaşıllıqların suvarılması üçün nəzərdə tutulan su təchizatı sistemindən avtoyuma məntəqəsinə qeyri-qanuni xəttin çəkilməsi aşkar olunub.

Hökməli qəsəbəsində isə sudaşıyan maşınlara suyun doldurulmasının qarşısı alınıb. Belə bir hal Xəzər rayonu Mərdəkan qəsəbəsində də aşkarlanıb. Su satışı ilə məşğul olan şəxs yanğın hidrantından qanunsuz su doldurarkən yaxalanıb. 

Baku TV xəbər verir ki, aparılan nəzarət tədbirləri çərçivəsində Abşeron, Binəqədi, Sabunçu rayonlarında OBA və “Almarket” şəbəkələrinə məxsus bir neçə mağazada, “Ucuzluq”, eləcə də Bakı-Sumqayıt yolunun kənarındakı Super marketdə sudan uçotsuz istifadə hallarının qarşısı alınıb. 

Ceyranbatan-Maştağa yüksək təzyiqli magistral su xəttinin Ramana qəsəbəsindən keçən hissəsində isə 110 mm diametrli borularla qeyri-qanuni xətt vasitəsilə götürülən sudan ərazidəki istixana kompleksində suvarma məqsədilə istifadə edildiyi məlum olub. Magistral xəttin Savalan yaşayış massivindən keçən hissəsində bir qrup şəxs kəmərə müdaxilə edərək ərazidə süni sututar yaradaraq heyvanların sulanması üçün istifadə edib.

Ən çox müdaxilə hallarına qəsəbələrin yeni salınan massivlərində rast gəlinir. Belə ki, Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsinin sakinləri tərəfindən özbaşına tikinti normalarına cavab verməyən su şəbəkəsinin yaradılması və magistral xəttə qoşulma faktı aşkarlanıb. Xəzər rayonu Binə qəsəbəsindəaparılan nəzarət tədbirləri zamanı vətəndaşların xüsusi texnikaların köməyi ilə xəndəyin qazılması və uzaq məsafədən su xəttinin çəkilməsinə hazırlıqların görüldüyü aşkar edilib.

"Əsas məqsəd su itkilərinə səbəb olan qeyri-qanuni müdaxilə hallarının aradan qaldırılması, itirilmiş sərfiyyatın bərpa edilməsidir. Bu məqsədlə  Azərsu Aparatının və yerli sukanal idarələrinin əməkdaşlarından ibarət işçi heyətlər yaradılıb, gündüz və gecə saatlarında ərazilərə baxış keçirirlər. Aşkarlanmış hallar əsasən, magistral və şəbəkə su xətlərinə qoşulmalarla bağlıdır. Bu daha çox şəhərin şərq hissəsini əhatə edir. Bu su itkiləri rayon sukanal idarələrinin xidməti ərazisində suyun dayanıqlığına təsir edir."

Bu sözləri "Azərsu” ASC-nin departament rəisi Əbülfəz Kərimzadə Baku TV-yə verdiyi müsahibəsində qeyd edib. 

Bütün hallarda qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq özbaşına çəkilmiş qanunsuz xətlər ləğv edilib.

 

Etiketlər

Paylaş: