🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“AccessBank” hərbi qulluqçulara kömək edir

21.10.2020 13:51 377 baxış sayı 4 dəq. oxuma
“AccessBank” hərbi qulluqçulara kömək edir

“AccessBank” bu günlərdə Qarabağ və ətraf bölgələrdə baş verən hadisələrdən kənarda qalmır. Bununla bağlı olaraq, Bank isti üst və alt geyimləri, gündəlik tələbat malları və gigiyenik vasitələri özündə birləşdirən individual hərbi dəstlər hazırlayıb. Dəstlər “AccessBank”ın cəbhəyani filialları tərəfindən yaxınlıqdakı hərbi hissələrə  - Silahlı Qüvvələrin sıralarına qatılanlara çatdırılıb.

“AccessBank” həmçinin müharibədən əziyyət çəkən mülki əhaliyə də humanitar yardım göstərib. Əsasən Bərdə və Ağcabədi ərazisində zərər çəkmiş sakinlərin gündəlik tələbatını ödəmək üçüb Bank müvafiq bölgələrin yerli icra qurumlarına yorğan-döşək, xırda məişət avadanlığı, birdəfəlik qablar yollayıb. Layihə  ASK - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birgə həyata keçirilib.

Qeyd edək ki, daha öncə  “AccessBank” baş verən məlum hadisələrlə bağlı olaraq, bankın cəbhəyani filiallarında, həmçinin hücumlara məruz qalan digər bölgələrdə işləyən əməkdaşları üçün təlimlərə start verib. Bərdə, Gəncə, Mingəçevir və Qazaxda həyata keçirilən təlimlərin əsas məqsədi filial əməkdaşlarını fövqəladə hallar zamanı atılacaq addımlar,  mülki müdafiə və ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə məlumatlandırmaq olub.

“AccessBank” korporativ sosial məsuliyyət siyasətinə sadiq qalaraq, Qarabağ və ətraf bölgələrdə cari vəziyyət davam etdikcə əhaliyə yardım göstərməyə davam edəcək. Bankın kollektivi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə soydaşları ilə həmrəydir, həmçinin cəbhə bölgəsinin əhalisinə hərtərəfli dəstək olmaqda  davam edir və hər bir azərbaycanlının tezliklə evinə qayıdacağına inamını bildirir.

 


Paylaş: