“Adidas” qaradərililərə dəstək proqramını açıqladı
“Adidas” şirkəti “Black Lives Matter” beynəlxalq hərəkata dəstəyini bildirərək qaradərililəri dəstəkləmək üçün bir sıra tədbirlər həyata keçirəcəklərini açıqlayıb.
Bu barədə ötən gün şirkətin rəhbəri Kasper Rorsted bildirib.
“Son iki həftənin hadisələrini nəzərə alaraq hamımız irqçiliyi dəstəkləyən mədəni və sistem qüvvələrinə qarşı nə edə biləcəyimiz barədə düşünməyə başladıq... Bütün əməkdaşlarımızın özlərini təhlükəsiz hiss edəcəkləri, bərabər imkanlara malik olacaqları, səslərini eşitdirəcəkləri bir mühit yaratmaq üçün daha çox səylər göstərməliyik”, - o deyib.
“Adidas” ilk olaraq qarşıdakı 4 il ərzində qara icmalara dəstək proqramına 20 milyon ABŞ dolları yönəltməyi nəzərdə tutur. Proqram çərçivəsində diqqətdən kənardakı qruplar üçün basketbol platformundan ibarət “Adidas Legacy”, ayaqqabı dizaynı sahəsində peşəkarlaşmağa yardım edən “Adidas School for Experential Education”, qara icmanı idman vasitəsilə dəstəkləmək və ləyaqətini ucaltmaq kimi qəbul edilən “Honoring Black Excellence” kimi üç təməl təşəbbüs irəli sürülür. Həmçinin qara əməkdaşların universitetlərdə təhsil almaları üçün təqaüd ayırmaq, bütövlükdə şirkətdə qara və latinoların sayını artırmaq tədbirlərinə yer verilir.
“ABŞ-da “Adidas” və “Reebok” şirkətlərinin bölmələrində iş yerlərinin azı 30 faizi qaralara və latinolara veriləcək”, - açıqlamada vurğulanır.
Qeyd edək ki, son günlər “Adidas”ın yüzlərlə işçisi Şimali Amerika bölməsinin yerləşdiyi Portlandda nümayişlərə çıxaraq qara işçilərə daha çox dəstək vermələrini tələb edirlər. Həmçinin onlar son vaxtlar irqçiliyə qarşı etiraz aksiyalarında da iştirak edirlər.
Oxşar xəbərlər
“WhatsApp” üzərindən “fişinq” kampaniyaları -
Son Xeberler
“Qalatasaray” Azərbaycana bu sözlərlə dəstək oldu...
Son Xeberler
SON DƏQİQƏ - Təhsil Nazirliyi açıqladı:
Son Xeberler
Satınalma üzrə təcrübəçi vakansiyası
Edumap.az Təhsil Portalı
Donald Tramp seçkidə qalib gəldiyini açıqladı
Son Xeberler
“Facebook” tarixində ilk:
Son Xeberler