Ağcabədidə qonaqlıq təşkil edənlər cəzalandırıldı - VİDEO
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.
Belə ki, rayon ərazisindəki restoranların birində 20 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar. Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 12 nəfər inzibati qaydada cərimə edilib. Digər 2 nəfər barəsində isə protokollar tərtib edilərək baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
"Mən qurbanlıq kəsib camaata qonaqlıq vermirəm"
Son Xeberler
İsmayıllıda ad günü təşkil edənlər cərimələndi -
Son Xeberler
SON DƏQİQƏ! Ağcabədidə təşkilat sədri intihar etdi...
Son Xeberler
Təhsil Nazirliyi “Virtual məktəb”lə bağlı statisti...
Son Xeberler
Xaçmazda əyləncə məclisi təşkil edən şəxslər cəzal...
Son Xeberler
Ad günü keçirən direktor cəzalandırıldı
Son Xeberler