Ağdam istiqamətində itki verən düşmən geri çəkildi
Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələrinə ciddi ziyan vurulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bu istiqamətindəki 37-ci atıcı diviziyanın 4-cü motoatıcı alayının müdafiə sahəsindəki minaatan batareyasına endirilən artilleriya zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib.
Alayın gücləndirilməsi məqsədilə buraya gətirilən və içərisində könüllülər olan avtobus qəzaya uğrayıb. Nəticədə 30 nəfərədək ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin xəsarət aldığı məlum olub.
62-ci artilleriya briqadasının 4-cü reaktiv divizionunun atəşə tutulması nəticəsində bir BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb, şəxsi heyət arasında ölən və yaralanan var.
Oxşar xəbərlər
İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz v...
Son Xeberler
Düşmən vacib yüksəklik və mövqelərdən geri çəkilib
Son Xeberler
İtirilmiş mövqelərini geri qaytarmağa cəhd göstərə...
Son Xeberler
Qubadlı istiqamətində düşmən itkilər verərək geri...
Son Xeberler
“Ordumuzun “diversiya qrupu”nun itki verməsi yalan...
Son Xeberler
Ermənistan bu gecə də itki verərək geri oturdulub
Son Xeberler