
Ağdaşda ağır qəza: Ölən və yaralananlar var

Ağdaş rayonunda üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Ağdaş şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Rayonun Kotanarx kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Səxavət Vidadi oğlu “VAZ 2106” markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq çinar ağacına çırpılıb.
Qəza zamanı avtomobildə olan üç sərnişin - Kotanarx kənd sakinləri, 1994-cü il təvəllüdlü Əliyarov Nəsir Ənvər oğlu, 1998-ci il təvəllüdlü Əliyarov Nəsib Mahmud oğlu və 1998-ci il təvəllüdlü Qəribov Şəmistan Bəhlul oğlu hadisə yerində dünyasını dəyişib.
Sərxoş olan sürücü, Kotanarx kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Səxavət Vidadi oğlu və həmkəndlisi, 1996-cı il təvəllüdlü İsmayılov Səlim Şavəddin oğlu ağır bədən xəsarətləri aldığı üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər

Toy Karvanında Qəza: Bir Nəfər Ağır Yaralıdır
Bugun.az

Bakıda ağır qəza:
Son Xeberler

Siyəzəndə dəhşətli qəza -
Son Xeberler

Dəhşətli hadisə: 9 futbolçu həyatını itirdi
İdman Xəbər

Bayram gecəsi ağır qəza - Bir ailədən 5 yaralı var
Bugun.az

Bakıda baş verən ağır qəzanın görüntüləri -
Son Xeberler