🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ağır yaralanmış qazilərimiz üçün Türkiyədən həkimlər gətirildi

23.02.2021 16:15 343 baxış sayı 2 dəq. oxuma
Ağır yaralanmış qazilərimiz üçün Türkiyədən həkimlər gətirildi
"YAŞAT” Fondunun dəstəyi, Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib.
 
Bu barədə fond məlumat yayıb.
 
Heyətin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər var.
 
Türkiyəli yüksək ixtisaslı həkimlər üç gün ərzində Vətən müharibəsində ağır yaralanmış 150-dən çox hərbi qulluqçumuzun müayinəsini həyata keçirəcəklər. Ağır yaralı olan qazilərimizin həkim rəyi əsasında xaricə göndərilməsi də Fond tərəfindən təmin ediləcək.
 
Videoya keçid: https://youtu.be/rKPtr7CUasA 
 
Xatırladaq ki, "YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
 
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
 
Həmçinin Fondun 8110 "Çağrı” Mərkəzi fəaliyyət göstərir
Paylaş: