20.08.2020 10:18
6
abunə
391
Aleksey Navalnı zəhərləndi - VİDEO

Rusiyanın müxalifət lideri Aleksey Navalnı Omsk şəhərində təcili xəstəxanaya yerləşdirilib.

Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, siyasətçi təyyarə ilə Moskvadan Tomska qayıdan zaman uçuşdan bir neçə dəqiqə sonra onun halı pisləşib. Heyət təcili surətdə Omskda eniş etmək qərarına gəlib.

“Baza” “Telegram” kanalının məlumatına görə, müxalifət lideri hazırda xəstəxananın toksik reanimasiya şöbəsində ağciyərlərin süni ventilyasiyası aparatına qoşulub.

Həkimlər hələ ki, onun nədən zəhərlənə biləcəyini anlamırlar. Tibb işçilərinin bütün səylərinə baxmayaraq, Navalnı hələ də özünə gəlməyib.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine