Alimlər XƏBƏRDARLIQ ETDİ: Koronavirusun yeni yoluxma yolu ortaya çıxdı
Braziliya və Ekvadordan gələn dondurulmuş qida paketlərində koronavirus təsbit edən Çin hərəkətə keçib və bəzi məhsulların idxalını dayandırıb. Təxminən 220 milyad dollarlıq bir bazara sahib olan soyuq qida sənayesinə böyük bir problem yaradan bu hadisəyə mütəxəssislər fikir bildiriblər.
ABŞ-ın "Bloomberg" media qurumu donmuş qidalar üzərində koronavirus aşkarlanmasının ardından bu şəkildə insanlara virus yoluxma ehtimalını gündəmə gətirib. Mütəxəssislər donmuş qidadan koronavirusa yoluxma ehtimalının olduğunu açıqlayıblar. Lakin bunun az ehtimal olduğu da qeyd edilib.
Xüsusən soyuq anbarlar və ət kəsim mərkəzlərinin virusun yayılması üçün soyuq və quru olduğu üçün əlverişli bir mühit təşkil etdiyi bildirilib. Honq-Konq Universitetindən Epidemiologiya fakültəsinə rəhbərlik edən Benjamin Kovlinq bildirib:
"Virus dondurulduğu zaman həyatda qalır. Bu da göstərir ki, virus donmuş qidalar ilə yayıla bilər. Lakin bu çox az ehtimal edilir. Bu cür yoluxma üçün virus temperatur artana qədər həyatda qalmalıdır, daha sonra bir insanın əlinə keçməsi və o insan əli ilə burnuna və ya ağzına toxunmalıdır, bu zaman yoluxma olə bilər".
Etiketlər
Oxşar xəbərlər
Yaxın illərdə yeni koronavirus yayılacaq -
Son Xeberler
Alimlər idmanla məşğul olmaq həvəsinin "açarını" t...
Tibbi məlumatlar
Alimlər koronavirusa təkrar yoluxma səbəblərini aç...
Son Xeberler
Koronavirusa yoluxmamaq üçün bunu edin:
Son Xeberler
İstifadə etdiyimiz bu yağ ölümcül təhlükəlidir – X...
Son Xeberler
Qadın sonsuzluğunun səbəbi
Tibbi məlumatlar