Son Xeberler
Son Xeberler

14.06.2020 10:13

6 abunə

414

Almaniyada daha 247 nəfərin COVID-19 testi pozitiv çıxdı

Almaniyada daha 247 nəfərin COVID-19 testi pozitiv çıxdı

Almaniyada son sutkada koronavirusa yoluxanların sayında artım baş verib.


Bu barədə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və COVID-19-la bağlı statistika aparan Robert Kox İnstitutu bildirib.


İnstitutun məlumatına görə, son bir gündə ölkədə koronavirusdan daha 6 nəfər vəfat edib, 247 nəfərin koronavirus testləri pozitiv çıxıb.


Bildirilir ki, son statistikalar da daxil olmaqla, ölkədə koronavirusa yoluxanların sayı 186 269 nəfərə çatıb.


Pandemiya ərzində Qərbi Avropa ölkəsində 8 787 nəfər virusdan ölüb.


Virusa ən çox yoluxma halları Bavariyada (47 626) qeydə alınıb. Eyni zamanda Şimali Reyn-Vestfaliyada (39 233) və Baden-Vürtemberqdə (35 090) qeydə alınıb.