Almaniyada koronavrusa yoluxanların sayı 186 mini ötdü
Almaniya Federativ Respublikasında (AFR) son gündə koronavirusdan daha 18 nəfər ölüb.
Bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19-un statistikasını aparan Robert Kox İnstitutu bildirib.
Məlumata görə, ölkədə təhlükəli virusa yoluxma ilə bağlı qeydə alınanların sayı 348 nəfər artıb.
Qeyd edilir ki, bir gün əvvəl virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 258, ölüm halları 8 təşkil edib.
AFR-də ümumilikdə yeni koronavirusa 186 022 yoluxma aşkarlanıb. Qərbi Avropa ölkəsində epidemiyanın başlanğıcından COVID-19-dan 8 781 pasiyent ölüb.
Virusa ən çox yoluxma halları Bavariyada (47 612) qeydə alınıb. Eyni zamanda Şimali Reyn-Vestfaliyada (39 137) və Baden-Vürtemberqdə (35 090) on minlərlə insan COVID-19-a yoluxub. Paytaxt Berlində isə 7 252 yoluxma aşkarlanıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Oxşar xəbərlər
Almaniyada son sutkada 487 nəfər koronavirusdan öl...
Son Xeberler
Ermənistanda yoluxanların sayı yenə 2 mini keçdi
Son Xeberler
Bu ölkələrdə virus ŞİDDƏTLƏ YAYILIR:
Son Xeberler
Belarusda koronavirusa yoluxanların sayı 51 mini ö...
Son Xeberler
Belarusda koronavirusa yoluxanların sayı 56 mini ö...
Son Xeberler
Hindistanda COVID-19-a yoluxanların sayı 320 mini...
Son Xeberler