🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

AMEA-da iki direktor işdən çıxarıldı

12.12.2020 08:45 542 baxış sayı 1 dəq. oxuma
AMEA-da iki direktor işdən çıxarıldı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iki direktoru vəzifəsindən azad edilib.

Akademik Telman Əliyev öz xahişi ilə İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsindən azad olunub. O, AMEA-nın müşaviri təyin edilib.

AMEA Rəyasət Heyətinin digər qərarı ilə akademik-katib, müxbir üzv Əminağa Sadıqov İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib. Həmçinin akademik Adil Qəribovun AMEA-nın akademik-katibi vəzifəsinə təsdiqlənməsi qərara alınıb.

Bundan əlavə, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilib, onun yerinə akademik Qərib Məmmədov təyin olunub.

Etiketlər

Paylaş: