AMF Prezidenti U-23 Millisi ilə Görüşdü
Azərbaycan Minifutbol Federasiyası (AMF) prezidenti Orxan Məmmədov, Xorvatiyada keçiriləcək dünya çempionatında çıxış edəcək U-23 millisinin üzvləri ilə görüşüb.
Görüşdə AMF prezidenti, gənc komandanın dünya çempionatındakı iştirakının əhəmiyyətini vurğulayıb. Azərbaycanın minifutbol sahəsində sürətli inkişafını qeyd edən Orxan Məmmədov, gənc yığmanın potensialına inandığını və ölkəmizi layiqincə təmsil edəcəyinə ümidvar olduğunu bildirib.
Federasiya rəhbəri, futbolçuların Azərbaycana qələbə ilə qayıdmasını arzulayıb. Görüşdə çıxış edən U-23 millisinin baş məşqçisi Rəcəb Fərəczadə, göstərilən diqqətə görə təşəkkürünü çatdırıb və komandanın gələcəkli futbolçulardan qurulduğunu, debüt dünya çempionatında uğurlu nəticə göstərmək istədiklərini bildirib.
23 yaşdan aşağı futbolçuların minifutbol üzrə dünya çempionatı 7-10 oktyabr tarixlərində Xorvatiyanın Malıy Loşin şəhərində keçiriləcək. 12 komandanın iştirak etdiyi yarışmada, Azərbaycan millisinin B qrupunda Kolumbiya, Slovakiya və İraq yığmaları ilə qarşılaşması nəzərdə tutulub. Milli komandanın heyəti, ölkə çempionatında fərqlənən gənc futbolçulardan ibarətdir. Milliyə ən çox futbolçu "Sumqayıt" klubundan (4 nəfər) çağırılıb. Gələcəkdə daha güclü komanda qurmaq üçün, yeni mövsümdə hər komandanın heyətində 23 yaşlı bir futbolçunun olması tələbi qoyulub.
Etiketlər
Oxşar xəbərlər
İlham Əliyev və Putin Moskvada görüşdü
Bugun.az
İlham Əliyev Kazan'da Laos Prezidenti ilə görüşdü...
Bugun.az
Prezident Əliyev Tatarıstan Rəisi ilə görüşdü - FO...
Bugun.az
Azərbaycandan “The Best”də kimə səs verilib?
Bugun.az
İlham Əliyev Toqo Prezidenti ilə görüşdü - FOTO
Bugun.az
İlham Əliyev Polşa Prezidenti ilə görüşdü - FOTO
Bugun.az