Apteklərdə satılan COVID-19 müalicə paketi barədə TƏBİB-dən AÇIQLAMA

19.12.2020 10:46 895 baxış sayı 2 dəq. oxuma
Apteklərdə satılan COVID-19 müalicə paketi barədə

Sosial şəbəkələrdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) məxsus olduğu iddia edilən, evdə müalicə alan vətəndaşlara pulsuz verilməli olan müalicə paketləri satıldığı ilə bağlı məlumatlar yayılıb.

Bununla bağlı fotoları paylaşan sosial şəbəkə istifadəçiləri həmin paketlərin apteklərdə 53 manata təklif edildiyini bildirib.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, həmin paketlər Birliyə məxsus deyil:

“TƏBİB yalnız regionlarda evdə müalicə alan xəstələri dərmanlarla təmin edir və həmin dərman paketlərinin hər iki, ön və arxa tərəfində TƏBİB-in loqosu var. Amma satışa çıxarılan paketlərin üzərində TƏBİB-ə aid loqo yoxdur. Hansısa aptek tərəfindən dizayn olunub”.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: