🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“ASAN Xidmət” dializ xəstələrinə yardım edəcək

12.06.2020 13:47 469 baxış sayı 2 dəq. oxuma
“ASAN Xidmət” dializ xəstələrinə yardım edəcək

Icaze.e-gov.az saytı vasitəsilə 210 minə yaxın icazə alınıb.

Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. 

Onun sözlərinə görə, keçən həftə sərt karantin rejimində işçiləri üçün icazə almış təşkilatlar həmin əməkdaşlarının icazə müddətini artıra bilərlər.

“Yeni əməkdaş icazə almalıdırsa, daxil edə bilər və ya ləğv edilə bilər. Dializə ehtiyacı olan xəstələrin tibb müəssisələrinə çatdırılması üçün “ASAN Xidmət”in “108 Çağrı Mərkəzi” fəaliyyət göstərəcək. ASAN könüllülər xüsusi ayrılmış avtomobillə təmin olunacaq. TƏBİB-dən 9 şəhər və rayonda olan 972 nəfərlik dializ xəstəsi barədə siyahı alınıb. Onların dünən və bu gün hər biri ilə əlaqə saxlamışıq. Kimlərin avtomobili yoxdursa, onların müəyyən edilərək xəstəxanaya çatdırılması və geri qaytarılması təmin olunacaq”.

Paylaş: