Bu gün milyonlarla insan müntəzəm olaraq aspirin qəbul edir. Yeni elmi tədqiqat aspirinin xərçənglə bağlılığını araşdırıb.
Alimlər 140 min kişi və qadının müayinələrini və xərçəng diqnozu üçün skrininq nəticələrini 12 il ərzində izləyib və təhlil ediblər.
Bütün iştirakçıların yaşı 65-dən yuxarı idi.
Eksperiment zamanı onlardan aspirin qəbul edib etmədikləri də soruşulub.
Alimlər daha çox aspirinlə sidik kisəsi və süd vəzisi xərçəngi arasında əlaqəyə diqqət yetiriblər.
Həftədə hec olmasa 3 dəfə aspirin qəbul edən insanların xərçəngdən ölmə ehtimalı 2 dəfə azdır.
Qadınların müntəzəm aspirin qəbul etməsi onları süd vəzi xərçəngi riskindən 25% qoruyurdu.
Aspirinin həmçinin bağırsaq xərçənginin də inkişafına mane olduğu sübut olunub.(medicina.az)