🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Avqustun 5-dən sonra bu mağazalar açıla bilər - AÇIQLAMA

03.08.2020 06:37 471 baxış sayı 2 dəq. oxuma
Avqustun 5-dən sonra bu mağazalar açıla bilər -

"Azərbaycanda mağazaların yoluxma riskini artırması çox aşağıdır. Supermarketlərin içində insanların çox olmasına baxmayaraq bu dövrdə yoluxma artmayıb. Yoluxma yalnız sıx təmas açıq-aşkar olduqda arta bilir".

Bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

Nazirlik rəsmisi əlavə edib ki, paltar mağazalarının açılması bir çox ölkələrdə yoluxma sayının artmasına səbəb olmayıb:

"Çünki paltar mağazalarına yalnız ehtiyacı olanlar gedir. Amma istənilən halda bu mağazalarda maskadan istifadə və gigiyena qaydalarına riayət olunması təmin edilməlidir".

Qeyd edək ki, bəzi şəhər və rayonlarda tətbiq edilən sərtləşdirilmiş karantin rejmi avqust ayının 5-də, ölkə üzrə xüsusi karantin rejmi isə 31-də sona çatacaq. Avqustun 5-dən sonra Bakı və digər bölgələrdə karantin rejimi ilə bağlı bəzi yumşalmaların olacağı gözlənilir.

Paylaş: