🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Avropada epidemioloji vəziyyətin pisləşməsinin səbəbləri açıqlandı

20.09.2020 12:44 495 baxış sayı 3 dəq. oxuma
Avropada epidemioloji vəziyyətin pisləşməsinin

Balkan regionu ölkələrində və bütün Avropada epidemioloji vəziyyətin pisləşməsi COVID-19-a qarşı müdafiə qaydalarına riayət edilməməsi ilə bağlıdır və hakimiyyət orqanları tərəfindən buna nəzarətin gücləndirilməsini tələb edir.

Bu barədə “RİA Novosti”yə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Belqraddakı ofisində bildirilib.

Qeyd edilir ki, Albaniya, Bosniya və Herseqovina, Sloveniya, Şimali Makedoniya, Xorvatiya, Monteneqronun hakimiyyət oranları və özünü respublika elan etmiş Kosovo virusa yoluxmanın iyul və avqust aylarındakı azalmasından sonra karantin tədbirlərinin yumşaldılmasından, sərhədlərin qismən açılışından sonra koronavirusa yoluxma və ölüm halları sayının artımını qeyd edirlər.

"Biz yalnız bölgədə deyil, Avropadakı bütün ölkələrin vəziyyətə koordinasiyalı və qəti şəkildə, zəruri sağlamlıq tədbirlərinin cavab verməli olduğu ciddi bir epidemioloji vəziyyətlə qarşılaşırıq.

Bu, virusa yoluxma ilə bağlı şübhəli halların yoxlanılması, xəstələrlə əlaqədə olanlar üçün karantin, qoruyucu maska taxa bilməyəcəyiniz təqdirdə məsafənin qorunması, tənəffüs və əl gigiyenasına riayət etmək deməkdir”, - deyə ÜST-ün ofisindən bildirilib.

"Epidemioloji vəziyyətin pisləşməsinin səbəbləri vətəndaşlar tərəfindən xüsusilə istirahət zamanı, stadionlarda, gecə klublarında, dini yerlərdə, bayramlarda və başqa kütləvi yığıncaqlar zamanı karantin qaydalarına riayət edilməməsidir. İnfeksiyanın qarşısının alınması və nəzarət bəzi dövlətlər üçün ciddi problem halına gəldi", - deyə təşkilatda qeyd ediblər.

Paylaş: