Son Xeberler
9 abunə
Avtobusla “avtoş”luq edən şəxs barəsində cinayət işi açıldı
06.02.2021 13:51
340 baxış sayı
3 dəq. oxuma
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Sumqayıt şəhəri ərazisində xidmətdə olan polis əməkdaşına zor tətbiq etməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub.
Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, 4 fevral 2021-ci il tarixdə saat 20 radələrində, paytaxtın Qaradağ rayonu, Müşviqabad qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum olunmuş 1977-ci il təvəllüdlü Ceyhun Quluyev olması aydınlaşdırılıb. Onun sərxoş vəziyyətdə idarə etdiyi "Daewo” markalı 10-TG-816 dövlət qeydiyyat nişanlı avtobusla işıqforun qırmızı işığında hərəkətini davam etdirdiyi üçün həmin ərazidə xidmət aparan yol polisi əməkdaşlarının saxla əmrinə tabe olmamasına, xüsusi vasitələr tətbiq edilməklə avtobus dayandırıldıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün ona yaxınlaşan Sumqayıt şəhər Polis İdarəsinin xidmətdə olan əməkdaşı Elnur Rəhimova zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Ceyhun Quluyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Separatçı rejimin “rəhbərləri” axtarışda verildi
Son Xeberler
457
30/10 11:32
Azərbaycanda bu bələdiyyələrin vəzifəli şəxslərinə...
Son Xeberler
391
12/02 13:28
Qarabağda döyüşən xarici vətəndaş barəsində həbs q...
Son Xeberler
374
18/01 15:23
Xırdalanda silahlı şəxs saxlanılıb
Son Xeberler
489
14/06 14:59
Araik Arutunyan barəsində cinayət işi açılıb
Son Xeberler
455
05/10 10:26
Daha bir narkotacir tutuldu
Son Xeberler
385
19/08 15:31