Avtobuslarda gediş haqqı 40-50 qəpik ola bilər - AÇIQLAMA
İctimai nəqliyyatda növbəti qiymət artımı 40-50 qəpik ətrafında ola bilər”.
Bunu iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.
Onun sözlərinə görə, əgər vahid taksi dispetçeri yaradılsa və vahid qiymət tətbiq edilsə, bu, ictimai nəqliyyatda da gediş haqqına öz təsirini göstərəcək:
"Tarif Şurası qiymət artımını əsaslandırmalıdır və bunun üçün də şərtlər dəyişməlidir; yanacağın qiymətində ciddi artım, avtobuslarla daşınan sərnişinlərin sayı az olmalıdır (ancaq oturacaq sayı qədər). Lakin hazırda bizdə ictimai nəqliyyatda "mehriban olmaq” məsələsi hökm sürür.
Qısacası, bu tip əsaslar olmadan Tarif Şurası qiymət artımı edə bilməz. Əgər taksi qiymətləri artsa, bütün tələb ictimai nəqliyyata yönələcək. Amma ictimai nəqliyyat istiqamətində də hələ də yekunlaşmayan, həll edilməsi gərəkən problemlər mövcuddur”.
Ekspert qeyd edib ki, BNA taksi xidmətləri sahəsində olduğu kimi, bu sahədə də xüsusi konsepsiyalar hazırlamalıdır:
"Məsələn; keyfiyyətin artırılması istiqamətində standartların tətbiq edilməsi, leqallaşmanın aparılması, dövriyyənin şəffavlığı, sürücü və müştərilərin təhlükəsizliyinin təmin edilməsi lazımdır.
İctimai nəqliyyatda növbəti qiymət artımı 40-50 qəpik ətrafında ola bilər. Qiymətlər indiki kimi 30% artırılsa, bu, kifayət qədər dövriyyə deməkdir. Lakin bu qeyd edilənlər hazırkı dövr üçün heç də uyğun olmaz”.
Oxşar xəbərlər
Avtobuslarda gediş haqqı 50 qəpik olacaq -
Son Xeberler
Bu avtobuslarda gediş haqları BAHALAŞDI - 80 QƏPİK...
Son Xeberler
"Gediş haqqı"nın 50 qəpik olacağı xəbərlərinə -
Son Xeberler
İctimai nəqliyyatda gediş haqqını 40 qəpik ediblər...
Son Xeberler
Azərbaycanda benzin bahalaşdı -
Son Xeberler
Azərbaycanda nəyə çox pul xərclənir:İçkiyə, siqar...
Bugun.az