🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Aylıq 449 manat ödənişlə ev almaq istəyənlərin NƏZƏRİNƏ - FOTO

18.12.2020 09:43 595 baxış sayı 3 dəq. oxuma
Aylıq 449 manat ödənişlə ev almaq istəyənlərin

Satmaq öhdəliyi ilə kirayə mənzillərin siyahısına daha bir yaşayış kompleksi əlavə olunub.

İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata əsasən, yeni kompleks Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşir. Kompleks üzrə vətəndaşlara 132 mənzil təklif olunur.

Qeyd olunan yaşayış kompleksində təklif olunan mənzillərin aylıq ödənişləri 449 manatdan başlayır. Aylıq ödənişlər güzəştli şərtlərlə, mənzilin dəyərinə illik 4 faiz (sığortalanma daxil) həcmində xərclər nəzərə alınmaqla hesablanır. Kompleks üzrə mənzillər 1, 2, 3 və 4 otaqlıdır. Vətəndaşlar həmin yaşayış kompleksi üzrə təklif olunan mənzillərlə bu keçid vasitəsilə tanış ola bilərlər.

Hazırda yeni ünvan da daxil olmaqla Fondun balansında olan satmaq öhdəliyi ilə kirayə yaşayış sahələri Bakı, Sumqayıt və Xırdalan şəhərləri üzrə 8 fərqli ünvanda yerləşir. Bu yaşayış sahələrinin dördü Bakıda, ikisi Sumqayıtda, ikisi isə Xırdalandadır. Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə yaxın komplekslərdə yerləşir.

 
 
Paylaş: