🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azadlıq Səhəri Əməliyyatı: Münbiç Növbəti Hədəfdir

03.12.2024 15:47 15 baxış sayı 4 dəq. oxuma
Azadlıq Səhəri Əməliyyatı: Münbiç Növbəti Hədəfdir

Suriyada keçən həftə başlayan və Suriyanın Milli Ordusunun (SMO) rəhbərlik etdiyi əməliyyatda müxalif qruplar böyük uğurlar əldə ediblər. Haləb, İdlib, Həmə və son olaraq Təl Rifatı PKK/YPG terror təşkilatından təmizləyən silahlı müxaliflər, Bəşər Əsəd rejiminə ağır zərbə vurublar.


Təl Rifatdan Sonra Münbiç


Təl Rifatı terrorçuların qoyduğu minalardan təmizləyən silahlı müxaliflərin yeni hədəfi bəlli olub. Suriyanın Milli Ordusu Münbiçi hədəfləyir.


Konvoy Yola Düşüb


SMO rəhbərliyi ilə silahlı müxaliflər Münbiç istiqamətində yola düşüblər. Çoxlu sayda ağır silahlarla təchiz olunmuş nəqliyyat vasitələrinin Münbiçə doğru hərəkət etdiyi görüntülər yayılıb. Əlavə dəstələrin də konvoya qoşulacağı bildirilir və əməliyyatın saatlar ərzində başlaması gözlənilir. Müxaliflər əməliyyat nəticəsində Münbiçi terror təşkilatından təmizləməyi hədəfləyirlər.


Münbiçin Əhəmiyyəti


Münbiçin terror təşkilatından təmizlənməsi Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edir. Fırat çayının 30 km qərbində yerləşən Münbiç Suriyada baş verən vətəndaş müharibəsi zamanı 2012-ci ildə ilk dəfə müxaliflər tərəfindən ələ keçirilmiş, sonradan 2014-cü ildə DAEŞ-in nəzarətinə keçmiş və 2016-cı ildə isə PKK/YPG tərəfindən işğal olunmuşdur.


Azadlıq Səhəri Əməliyyatı


Rejim əleyhinə silahlı qrupların 27 noyabrda Haləbə doğru əməliyyata başlaması ilə Suriyanın rejim qüvvələri PKK/YPG terror təşkilatı ilə əməkdaşlıq edərək bəzi əraziləri terror təşkilatına təhvil veriblər. Fırat çayının şərqindən Haləb bölgəsinə gücləndirmə qüvvələri gətirən terror təşkilatı bu əraziləri möhkəmləndirməyə başlayıb. Təl Rifat və Münbiç arasında terror dəhlizi yaradılması hazırlıqlarına qarşı Suriyanın Milli Ordusu dünən PKK/YPG-yə qarşı Azadlıq Səhəri əməliyyatına başlayıb. Əməliyyatda Təl Rifat rayonu mühasirəyə alındıqdan sonra rayon mərkəzi terrorizmdən azad edilib.


PKK/YPG-nin Təl Rifatdakı İşğalı


Rusiyanın hava dəstəyi ilə YPG/PKK terrorçuları 2016-cı ilin fevral ayında Təl Rifatı və ətrafındakı bir sıra yaşayış məntəqələrini ələ keçirmişdilər. Terror təşkilatı Təl Rifat və ətrafından təxminən 250 min mülki əhalini didərgin salmış, həmin əhali Türkiyə sərhədinə yaxın ərazilərə sığınmışdır. YPG/PKK buradan Fırat Qalxanı əməliyyatı və Zeytun Budan əməliyyatı bölgələrindəki yaşayış məntəqələrinə və təhlükəsizliyi təmin edən Türkiyə təhlükəsizlik qüvvələrinə, həmçinin müxalif döyüşçülərin mövqelərinə hücumlar edirdi. Təl Rifat rayonunu işğal edən PKK/YPG terror təşkilatı Bəşər Əsəd rejimi və dəstəkçiləri ilə birlikdə rayonu əlində saxlamağa çalışırdı. Əsəd rejiminə qarşı silahlı qrupların 29 noyabrda Haləb şəhərinin mərkəzinə girməsindən sonra rejim qüvvələri Təl Rifatdakı qüvvələrini geri çəkmişdir.


Paylaş: