
Azərbaycan hərbçiləri Moskvada birinci oldular - FOTO

“Beynəlxalq Ordu Oyunları – 2020” çərçivəsində Moskvada keçirilən “Sərhədsiz dostluq” Milli Mədəniyyətlər festivalının mahnı və rəqs müsabiqələrində Azərbaycanı Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı təmsil edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, festivalda hərbçilər təmsil etdikləri ölkələrin və dünya xalqlarının mahnı və marşlarını, rəqslərini ifa ediblər.
Hərbçilərimizin ifasında təqdim edilən milli hərbi marşlar, o cümlədən Azərbaycan xalq çalğı alətlərinin sədaları altında milli geyimlərdə rəqslər münsiflər heyətinin və tamaşaçıların rəğbətini qazanıb.
Festivalda uğurla çıxış edən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı “Qızıl səs” vokal nominasiyası üzrə birinci, “Rəqs ritmləri” nominasiyası üzrə isə ikinci yerə layiq görülüb.
Oxşar xəbərlər

Qarabağda fəaliyyət göstərəcək Türkiyə hərbçiləri...
Son Xeberler

Ordumuzdan Laçında Ermənistana BÖYÜK ZƏRBƏ
Son Xeberler

Türkiyə hərbçiləri Qarabağda nə qədər qalacaq? -
Son Xeberler

Hərbçilərimiz dağılmış evdə gizlənmiş erməni hərbç...
Son Xeberler

DSX hərbçiləri tələb etdi - Ermənilər bu kəndi də...
Son Xeberler

MDB Liderlərinin Moskvada Qeyri-Rəsmi Yeməyi Keçir...
Bugun.az