Son Xeberler
Son Xeberler

15.11.2020 15:25

6 abunə

410

Azərbaycan Ordusu Kəlbəcər rayonuna hərəkət etmək üçün tam hazırdır

Azərbaycan Ordusu Kəlbəcər rayonuna hərəkət etmək üçün

“Azərbaycan Ordusu Kəlbəcər rayonuna hərəkət etmək üçün tam hazırdır”.

Bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

“Azərbaycan Ordusu günü bu gün missiyasını yerinə yetirməyə hazırdır. Kələbəcərə 2 istiqamətdən hərəkət baş tutacaq. Yol çox dardır. Proses ləngiyə bilər. Vəziyyəti diqqətlə izləyirik. Yaranmış vəziyyəti ictimaiyyətə çatdırırıq. Erməni işğalçılar bizim ərazini tərk edərkən binaları, meşələri yandırır. Bununla da iç üzünü dünyaya göstərir. Biz bu proseslərə nəzarət və monitorinq edirik", - deyə Mahmudov əlavə edib.