🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Azərbaycan şəhidi ilə vidalaşır - FOTO/VİDEO

13.07.2020 06:58 765 baxış sayı 3 dəq. oxuma
Azərbaycan şəhidi ilə vidalaşır -

Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan əsgəri Sadıqov Vüqar Lətif oğlu ilə vida mərasimi keçirilir.

 şəhidlə vida mərasimi doğulduğu Ağstafa rayonu Yuxarı Göcəli kəndindəki evində keçirilir. 

Dəfn mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və digər dövlət qurumlarının rəsmiləri iştirak edir.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.

 

Paylaş: